Baş Qərargah rəisi “TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək texnikalara baxış keçirib

Bu gündən vakant dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibə başlanır
Bələdiyyə seçkiləri ilə bağlı ilkin seçici fəallığı açıqlanıb
Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “TEKNOFEST Azərbaycan” festivalının keçiriləcəyi ərazidə olub. 

“Report” xəbər verir ki, Baş Qərargah rəisi festivalda nümayiş etdiriləcək və Azərbaycan Ordusunun sərəncamında olan hərbi-texnoloji vasitələrə baxış keçirib. 

Müdafiə Nazirliyi üçün ayrılan povilyonda Quru Qoşunları, Hərbi Hava Qüvvələri, mühəndis və rabitə hissə və bölmələrinin sərəncamında olan ən yeni hərbi-texniki və digər avadanlıqlar təqdim olunacaq.

Bakıda baş tutacaq “Texnofest-2022” festivalına hazırlıqlar çərçivəsində qırıcı təyyarələrin uçuşu həyata keçirilir.

Hal-hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları – “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan təyyarələr Bakı səmasında məşq edir.Qeyd edək ki, Bakıda “Texnofest-2022” festivalı mayın 26-29-da keçiriləcək.

Report