BDU-nun 7 komandasının hamısı “Robotex Türkiyə”nin yarımfinal mərhələsində qalib olub

Gənclər Təşkilatları Milli Şurasının XX Hesabat-Seçki Qurultayı keçirilir
ABŞ-ın “AJF & Associates, İnc.” təşkilatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “exit-poll” öncəsi sorğunun nəticələrini açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Bakı Dövlət Universiteti (BDU) aprelin 20-21-də dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində uğura imza atıb.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, BDU-nun yarışmada iştirak edən 7 komandasının hər biri qalib olub. Belə ki, BDU-nun 2 komandası ( “85 Games Studio və “Humantek”) yarışmada I, 2 komandası (“Bilig” və “Bradenburg”) II, 3 komandası isə (“AiTech Group”, “QuantumTech” və “TechTitans”) III yerə layiq görülüb.

Bu dəfə “Robotex” yarışmasında “Yaşıl sahibkarlıq” kateqoriyasında I yerə layiq görülən “Humantek” komandasının layihəsi ötən il Türkiyədə keçirilən “TEKNOFEST 2023”də III yeri qazanmışdı.

Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab edilir. “Robotex Türkiyə”də dünyanın 11 ölkəsindən 19 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2 500-dən artıq iştirakçı yarışırdı. Qalib komandalar “Robotex”in final mərhələsində iştirak hüququ qazanıblar.