Beynəlxalq standartların Azərbaycanda tətbiqi ilə bağlı qaydalar təsdiqlənib

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
Prezident İlham Əliyev Şamaxı rayonunda Meysəri kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak edib
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar bəyanat yayıb

Nazirlər Kabineti “Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi Qaydaları”nı təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Bu qaydalar “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə uyğun olaraq hazırlanıb və beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində birbaşa tətbiqi qaydalarını müəyyən edir.

Beynəlxalq standartların Azərbaycan Respublikasının ərazisində birbaşa tətbiqi ölkəmizin milli iqtisadiyyatının maraqları nəzərə alınmaqla onun milli standartlaşdırma qurumunun qərarı ilə dövlət standartı kimi qəbul edilməsi əsasında həyata keçirilir.

AZƏRTAC