Birinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalı qazandıran idmançımızı təbrik edib

Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub
Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonra açılışı olub
Prezident İlham Əliyev Bakının Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalı qazandıran idmançımızı təbrik edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı instaqram hesabında etdiyi paylaşımda deyilir:

“İdmançımız Vəli İsrafilov “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti, 11-ci qızıl medalı qazandırdı. Azərbaycanın paralimpiya rekordunu yeniləmiş ən gənc çempionunu səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram”.

AZƏRTAC