Birinci vitse-prezident Mehriban Əliyeva uşaqları təbrik edib

Professor: “Alternativ enerji növlərindən istifadə ekoloji cəhətdən zərərsizdir”
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 2,5 milyon sərnişinə xidmət göstərib
Azərbaycanda 166 məktəbdə ənənəvi dərs jurnalları ləğv edilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.

“Bu gün – 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu nurlu, gözəl gün münasibətilə bütün balaları səmimi-qəlbdən təbrik edirəm! Yer üzündəki hər bir uşağa möhkəm cansağlığı, sevgi, xoş günlər, qayğısız uşaqlıq və xoşbəxt həyat arzulayıram! Uca Tanrı uşaqları bütün qada-baladan qorusun!”.