“Bloomberg”: ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı razılaşmanı rəsmiləşdirməyə yaxındır

Prezident İlham Əliyev 3042 məcburi köçkün ailəsi üçün yaşayış binalarından ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə tanış olub
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir
Hikmət Hacıyev: Ermənilərin bu əməlləri Xocalı soyqırımından başlayan və hazırda davam edən müharibə cinayətlərinin tərkib hissəsidir

ABŞ və İran gələn həftə keçiriləcək “Böyük yeddilik” (G7) ölkələri liderlərinin sammiti fonunda Hörmüz boğazının açılması barədə razılaşmanın bağlanmasına yaxınlaşır.

“Report”un məlumatına görə, bunu “Bloomberg”ə yüksək vəzifəli rəsmilər bildiriblər.

Yüksək vəzifəli İran rəsmisinin sözlərinə görə, razılaşmanın əldə olunma ehtimalı yüksəkdir.

Başqa bir mənbə əlavə edib ki, böyük ehtimalla, razılaşma tam hüquqi qüvvəyə malik müqavilə kimi deyil, anlaşma memorandumu kimi rəsmiləşdiriləcək.

Xatırladaq ki, bu il G7 sammiti iyunun 15-dən 17-dək Fransanın Evian şəhərində keçiriləcək.

Report