BMT Əfqanıstanda yoxsulları xilas etmək üçün Fövqəladə Məqsədli Fond yaradıb

Əli Həsənovun qazax dilinə tərcümə olunmuş kitabının Astanada təqdimatı keçirilib
Azərbaycan-Sankt-Peterburq parlamentlərarası əlaqələrinin inkişafı məsələləri barədə fikir mübadiləsi aparılıb
Azərbaycan inklüziv inkişaf indeksinin lideri olan ilk üç ölkə sırasına daxil olub

BMT rəhbərliyi, təşkilatın Əfqanıstanda ehtiyac içində olan yüz minlərlə sakinə və bu ölkənin tənəzzülə uğramış iqtisadiyyatına kömək etmək üçün nəzərdə tutulmuş fond təsis etdiyini bildirib.

AZƏRTAC BMT İnkişaf Proqramının məlumatına istinadla xəbər verir ki, bu fondun məqsədi cari ilin avqust ayında Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra ölkədə başlayan humanitar fəlakətin daha da genişlənməsinin qarşısını almaqdır.

“Xalq iqtisadiyyatı” Fondu qarşıdakı 12 ay ərzində 667 milyon dollardan çox vəsait ayıracaq. Fondun əsas məqsədi, Taliban Kabildə hakimiyyəti ələ keçirən zaman dondurulmuş ianələr hesabına ehtiyacı olan əfqanlara maddi yardım göstərməkdir. Rəsmilər bildiriblər ki, Almaniya indiyə qədər 58 milyon dollar ayırmağı vəd edib.

Analitiklərin proqnozlarına görə, 2021-ci ildə Əfqanıstanın iqtisadiyyatı 30 faiz azala bilər, bu da artıq ölkəni tərk etməyə başlamış qaçqınların kütləvi axınını artıracaq. Ötən ay Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ölkədə siyasi və iqtisadi böhranın tez bir zamanda aradan qaldırılmayacağı təqdirdə 2022-ci ildə Əfqanıstan əhalisinin 97 faizinin yoxsulluq həddini keçmə riski ilə üzləşə biləcəyini proqnozlaşdırmışdı.

AZƏRTAC