Qubadlı şəhərinin işğaldan azad olunmasından bir il ötür

Dünya peyvənd tətbiqi ilə pandemiyaya qarşı mübarizənin yeni mərhələsinə keçib
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Ədliyyə Nazirliyinin Çağrı Mərkəzində fevral ayında xidmət səviyyəsi 91 faizi keçib

Bu gün Qubadlının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.

Müzəffər Azərbaycan Ordusu tərəfindən 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edilərək üçrəngli bayrağımız Qubadlı şəhərində dalğalandırılıb.

Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.

2020-ci il oktyabrın 25-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun şücaəti sayəsində Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyi xəbər verildi.

Bu, tariximizin ən şərəfli səhifələrindən biridir.