BMT-nin Baş katibi ilə Türkiyə Prezidenti arasında telefon danışığı olub

AZƏRTAC

“Azərbaycanlı həkimin hekayəsi” 86 dildə “Pandemic Journal online”da yayımlanıb
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub
Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb
BMT-nin Baş katibi Antonio Quterreş ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.
Bildirilir ki, Baş katib Antonio Quterreş Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə keçirdiyi görüş barədə Türkiyə dövlət başçısına məlumat verib.
Xatırladaq ki, Baş katib Antonio Quterreş aprelin 26-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. O, Moskva səfərindən sonra Ukraynada Prezident Volodimir Zelenski ilə görüşəcək.

AZƏRTAC