BMT-nin Baş katibi İranın İsrailə hücumunu pisləyib

Azərbaycan İlahiyyat İnstitutu Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
DSMF-nin İdarə Heyətinin sədri ünvanlı sosial yardım almaq istəyənlərə müraciət edib
Bakıda TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib

BMT-nin Baş katibi Antonio Quterreş İranın İsrailə hücumunu pisləyir, hərbi əməliyyatları dərhal dayandırmağa çağırır.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə BMT-nin Baş katibi ofisi tərəfindən bəyanat yayılıb.

“Mən İsrailin İran İslam Respublikası tərəfindən məruz qaldığı genişmiqyaslı hücum şəklində ciddi eskalasiyanı qətiyyətlə pisləyirəm. Bu hərbi əməliyyatları dərhal dayandırmağa çağırıram.

Regionda dağıdıcı eskalasiyanın real təhlükəsindən dərin narahatam. Mən bütün tərəfləri Yaxın Şərqdə müxtəlif cəbhələrdə böyük hərbi qarşıdurmalara səbəb ola biləcək hər hansı hərəkətdən qaçmaq üçün maksimum təmkinli olmağa çağırıram.

Mən dəfələrlə vurğulamışam ki, nə region, nə də dünya başqa bir müharibəyə tab gətirə bilməz”, – bəyanatda deyilir.