BMT rəsmisi: Bakı Forumu vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə problemin həlli yollarını tapa bilərik

Xocavənd sakinləri doğma yurda özünüməşğulluq proqramı çərçivəsində qurduqları kiçik biznesləri ilə qayıdacaqlar
SOCAR Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk konteyner nəqlini həyata keçirib
Milli Kitabxanada Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş sərgi açılıb

Ombudsmanların Beynəlxalq Bakı Forumunda birlikdə müzakirələr apararaq iqlim dəyişikliyi ilə mübarizədə problemdən həll yollarını tapa bilərik.

AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 2-də keçirilən Ombudsmanların Beynəlxalq Bakı Forumunda Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən rezident əlaqələndirici Alessandra Roccasalvo səsləndirib.

BMT rəsmisi iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Gənclərin iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak etdiklərini vurğulayan A.Roccasalvo deyib: “Su qıtlığı o qədər böyük problemdir ki, gələcək nəsillər bunun əziyyətini çəkəcəklər. Onlar köhnə nəslin gördüyü işləri görə bilməyəcəklər. Azərbaycan COP29-a ev sahibliyi edəcək. Bu, asan iş deyil. Bu tədbirdə iştirak edəcəyim üçün qürur duyuram”.

AZƏRTAC