Milli Kitabxanada Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş sərgi açılıb

Prezident İlham Əliyev dünyaşöhrətli alim Əziz Səncəri qəbul edib
Bakıda Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresinin açılışı olub
Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı

Hər il mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə Milli Kitabxanada “3 may – Ümumdünya Mətbuat Azadlığı Günüdür” adlı geniş kitab sərgisi açılıb. Sərgidə Azərbaycan və digər dillərdə nəşr olunmuş söz və mətbuat haqqında kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, Ümumdünya Mətbuat Azadlığı Günü Azərbaycanda da fəal dəstəklənir. Hazırda Azərbaycanda dünya standartlarına uyğun media, elektron və yazılı KİV-lər formalaşıb, söz azadlığı tam təmin olunub. Müstəqil KİV-lərin sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında qabaqcıl mövqelərdən birini tutur.