BMT-nin baş katibi Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə apardıqları danışıqları alqışlayıb

Anjey Kaspşik Dağlıq Qarabağa gəlib
Avronest PA-nın Büro iclasında Elxan Süleymanovun Bəyanatı 2 noyabr, Kiyev
BMT yanında daimi nümayəndəliyimiz təşkilatın baş katibinə Ermənistan-Azərbaycan münaqişəsinə dair məktub ünvanlayıb

BMT-nin baş katibi Antoniu Quterreş oktyabrın 16-da Prezident İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın Cenevrədə keçirdikləri danışıqları alqışlayıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bəyan edib. Onun sözlərinə görə, baş katib iki dövlət başçısının danışıqlar prosesinin aktivləşdirilməsi və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımların atılmasına dair razılığa gəlmələrini dəstəkləyir. Əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəkləyən Antoniu Quterreş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün tərəfləri son görüşdə yaranmış müsbət dinamikadan istifadə etməyə çağırır.