BQXK münaqişə nəticəsində saxlanılan şəxslərə başçəkmə həyata keçirib

Şamaxı: 110 kəndin sakinləri soyqırımına məruz qalıblar
Azərbaycan-Pakistan-Türkiyə Parlament sədrlərinin üçüncü üçtərəfli görüşünün sonunda İslamabad Bəyannaməsi qəbul olunub
“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişə tərəfləri ilə daim əlaqədədir və dialoq aparır”.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova deyib.

“Qurumun mandatına uyğun olaraq, münaqişə nəticəsində saxlanılan şəxslərə başçəkmə həyata keçirilir”, – deyə o əlavə edib.

Xatırladaq ki, əsir götürülən iki azərbaycanlı əsgərin ( Amin Musayev və Bayram Kərimov) döyüşlərdən sonra ukraynalı jurnalist Aleksandr Xarçenko və erməni əsgərlər tərəfindən ilkin tibbi yardım göstərildiyini əks etdirən videolar yayılıb. Bunun ardınca isə onlardan birinə maşının içərisində zorakı davranıldığını göstərən video da yayılıb.

Report