Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb, açarlar təqdim olunub

Qazaxıstan mətbuatı: MSK seçkilərin demokratik və şəffaf şəkildə keçirilməsi üçün böyük işlər görüb
Azərbaycan Könüllü Təşkilatları İttifaqına yeni sədr və müavinlər seçilib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Zəngilan rayonunun Məmmədbəyli kəndinə yola salınan növbəti köç karvanı çatıb, mənzillərin açarları sakinlərə təqdim olunub.

“Report” xəbər verir ki, bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə – 144 nəfər köçürülüb.

Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Report