Britaniya XİN təmsilçisi “Qarabağ və Respublika Uğrunda” Hərəkatın işçi qrupunun üzvləri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonuna səfərə gəlib
AVCİYA Xaçmazda regional seminar keçirib
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqədə qalib layihə seçilib

Böyük Britaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz ölkələri üzrə direktoru Simon Tiller və bu ölkənin Azərbaycandakı səfirliyinin ikinci katibi Katrin Klev “Qarabağ və Respublika Uğrunda” Hərəkatın işçi qrupunun üzvləri ilə görüş keçirib. Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə martın 18-də keçiriləcək referendum və ölkədə demokratikləşmə ilə bağlı bir sıra problemlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə ADP sədrinin müavini Həsrət Rüstəmov, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Həsən Kərimov və Ümid Partiyasının İcra Aparatının rəhbəri Nəsimi Məmmədli iştirak edib./APA/