Bu gün Azərbaycanda ümumxalq səsverməsi (referendum) keçirilir

AVCİYA “Göyçay tarixi” kitabını təqdim edir
AVCİYA prezidenti: “Sərsəng məsələsi Azərbaycanın daxili işidir, Prezidentimiz tezliklə bunu da həll edəcək”
Şər-böhtan kampaniyası iflasa uğradı

Sentyabrın 26-da səhər saat 08.00-da Azərbaycanın bütün ərazisində ümumxalq səsverməsi (referendum) başlayıb.
AZƏRTAC xəbər verir ki, referendum 125 seçki dairəsi, 5627 seçki məntəqəsi üzrə keçirilir. Seçki məntəqələrindən 5415-i daimi, 212-si müvəqqəti əsaslarla yaradılıb. Ölkə üzrə seçici siyahılarında qeydə alınmış seçicilərin sayı 5 milyon 276 min 111-dir ki, bunların 52 mindən çoxu seçkilərdə (referendumda) ilk dəfə iştirak edir, 454-nün yaşı 100-dən yuxarıdır. Həmçinin 111 seçici məhz səsvermə günü – sentyabrın 26-da səsvermə hüququ qazanıb.
Seçicilərin azad və sərbəst səs vermələri üçün hər cür şərait yaradılan məntəqələrə 5 milyon 280 min 924 səsvermə bülleteni paylanılıb. Dairə seçki komissiyalarının hamısı kompyuterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub.
Məntəqələr gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün ultrabənövşəyi lampalar və s. zəruri materiallarla tam təchiz edilib.
Gün ərzində beş dəfə – saat 10.00-da, 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da səsvermədə fəallıqla bağlı məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi şəbəkəsi üzərindən xüsusi proqram təminatı vasitəsilə birbaşa MSK-ya ötürülərək internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunacaq.
Ümumxalq səsverməsi ilə əlaqədar 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Mərkəzi Seçki Komissiyasının internet saytına girən istənilən internet istifadəçisi heç bir qeydiyyat tələb olunmadan həmin məntəqələrdə prosesləri əvvəldən axıradək canlı müşahidə edə bilər.
Referendumu izləmək üçün Avropa Şurası Parlament Assambleyası, MDB Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla 18 beynəlxalq qurumdan 118 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib ki, bunlar da 33 ölkənin vətəndaşlarıdır. Müşahidə prosesinə, həmçinin öz təşəbbüsləri ilə və siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, referendum üzrə təşviqat qruplarının təşəbbüsü ilə akkreditasiyadan keçmiş 53 min 531 yerli müşahidəçi qatılıb.
Səsvermə saat 19.00-da başa çatacaq.