Bu gün təhsil nazirinin iştirakı ilə 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinq keçirilib

Prezident İlham Əliyev Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub 
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Ermənilərin Gəncədə törətdikləri ikinci terrordan bir il ötür

Bu gün Təhsil naziri Emin Əmrullayev, nazirin müşaviri Rüstəm Ağayev, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu və jurnalistlərin iştirakı ilə 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinq keçirilib.

Azərbaycanda ənənəvi tədris mərhələlərlə tam bərpa olunacaq.

Sentyabrın 22-də ibtidai siniflərdə əyani tədrisə başlanılır, sentyabrın 29-dan isə 5-11-ci siniflərlə yanaşı ali və orta təhsil müəssisələrində ənənəvi tədris bərpa ediləcək.

Valideyninin COVID-19 pasportu olmayan uşaqlar tədrisdən kənar qalmayacaq , Təhsil Nazirliyi olaraq valideynlər qarşısında COVID-19 pasportu tələbi qoyulmayıb.

2021-2022-ci tədris ilində teledərslər davam edəcək, teledərslər şagirdlərə dəstəkdir. Pandemiya dövründə 10 mindən artıq videodərs hazırlanıb.

Bunları təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.

O bildirib ki, Ali təhsil müəssisələrində isə distant tədris tətbiq oluna bilər. Pandemiya davam etdiyi üçün 50-60 nəfərlik auditoriyalarda mühazirələrin keçirilməsi qaydalara uyğun deyil. Təhsil müəssisələrinin daxili tədris planına uyğun olaraq müəyyən dərslər distant keçirilə bilər. Distant tədrislə bağlı artıq təhsil müəssisələrində təcrübə var.

Təhsil nazirinin müşaviri Rüstəm Ağayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinq zamanı bildirib ki, tədris ili ərzində təhsil müəssisələrində monitorinq aparılacaq.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birlikdə monitorinq qrupu yaradılıb. Monitorinq qrupu mütəmadi olaraq təhsil müəssisələrində monitorinq aparacaq.

Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu 2021-2022-ci tədris ilində şagirdlərin summativ qiymətləndirilməsi ənənəvi qaydada aparılacağını qeyd edib.

O bildirib ki, böyük və kiçik summativlər təşkil ediləcək. Bunun üçün müəllimlərə veriləcək təlimati məktublar hazırlanaraq yaxın günlərdə yerlərə göndəriləcək.