Bu gündən “Qərbi Çıraq” platformasından hasilat dayandırılıb

Azərbaycanda daha 4 426 nəfər COVID-19-a yoluxub, 41 nəfər ölüb
Məktəb direktorları ilə onlayn görüş keçirilib
Ermənistana məxsus PUA məhv edilib

Oktyabrın 15-dən “Qərbi Çıraq” platformasından hasilat təxminən 15 günlük dayandırılıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb platformada inspeksiya və layihə işlərinin effektiv aparılmasıdır. Proqrama məşəl və idarəetmə sistemlərinin yeniləşdirilməsi kimi müxtəlif layihə işləri daxildir.

Bu əməliyyat “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) üzrə illik iş proqramına, büdcəyə və hasilat planına daxil edilib.

Qeyd edək ki, AÇG yatağındakı digər platformalardan (“Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli”) və “Şahdəniz” yatağındakı “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından hasilat, Səngəçal terminalında əməliyyatlar, həmçinin Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək.

AZƏRTAC