Bu gündən vakant dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibə başlanır

Energetika Nazirliyi: OPEC Katibliyi müddətsiz Xartiyanı ratifikasiya üçün Azərbaycana təqdim edib
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Berlində Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilmiş elmi konfrans keçirilib
2837 şəhidin 7000-dən çox ailə üzvünə pensiya, müavinət və təqaüd təyin edilib

Dövlət orqanında inzibati vəzifələrin 4-5-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə elan edilmiş ümumi müsahibəyə fevralın 1-dən start verilir.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifə inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Energetika Nazirliyində şöbə müdiri vəzifəsidir. Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 14, Hesablama Palatasında 3, Dövlət Statistika Komitəsində 3, Dövlət Turizm Agentliyində 3, Energetika Nazirliyində 2, Təhsil Nazirliyində 1, Şəki Apelyasiya Məhkəməsində 1 vəzifə olmaqla 27 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb. Ümumi müsahibədə iştirak üçün ümumilikdə 226 nəfər müraciət edib. Müsahibələr martın 15-də yekunlaşacaq.

Qeyd edək ki, ötən il dekabrın 10-da 7 dövlət orqanında inzibati vəzifələrin 4-5-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan olunub. Sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmini, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilib.

AZƏRTAC