Leonardo Di Kaprio Cozef Baydenə açıq məktub yazdı

Böyük Qayıdış: Laçın rayonuna növbəti köç karvanı yola salınıb
Bu gün təhsil nazirinin iştirakı ilə 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinq keçirilib
Bakıda “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu” keçirilir

Hollivud aktyoru Leonardo Di Kaprio ABŞ prezidenti Cozef Baydenə müraciət edib.

O, müraciətini instaqram vasitəsilə reallaşdırıb.

Aktyor açıq məktubunda siyasətçini iqlim böhranının öhdəsindən gəlməsi üçün tədbirlərin qəbuluna çağırıb.

Onun sözlərinə görə, Amerika liderinin bəşəriyyəti “uçurumun kənarından” uzaqlaşdıracaq “iqlim prezidenti” olmaq imkanı var. Bundan başqa, o Baydenin ABŞ-ın atmosferə karbon qazı tullantılarının azaldılması ilə bağlı tədbirlər haqqında Paris razılaşmasına qoşulması üzrə qərarını müsbət qarşılayıb.

“Siz elə edə bilərsiniz ki, bütün dünyada mədən yanacağı yerinə təmiz enerji istifadə olunsun. Bu, xeyli sayda iş yerləri yaradacaq, zərərli tullantıları azaldacaq, paralel şəkildə iqtisadi və irqi bərabərsizliyi aradan qaldıracaq”, – Di Kaprio yazıb.

Paylaşım sutka ərzində yarım milyon bəyənmə qazanıb və ona dörd mindən çox rəy yazılıb.

Report