Bu il məcburi köçkünlər üçün tikiləcək evlərin sayı məlum oldu

Mehriban Əliyeva: Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti

Bu ilin ilk aylarında məcburi köçkünlər üçün Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi ərazisində 645 fərdi evdən ibarət 3 qəsəbə və Füzuli rayonu ərazisində 95 həyətyanı sahəsi olan evlərdən ibarət yeni qəsəbənin tikintisi başa çatdırılacaq. 

“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, 2020-ci ilin birinci rübündə məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsinə başlanılacaq.

Hesabata əsasən, məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı şəhəri, Qaradağ rayonunda “Qobu Park-3” yaşayış kompleksində 1 352 və “Qobu Park-4” yaşayış kompleksində 1 300 mənzilin inşası nəzərdə tutulub.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi və Dövlət Neft Fondunun vəsaiti hesabına Abşeron rayonunda (Sumqayıt d/y st-nın yanı) 1 890, Samux rayonunda 200, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində 800mənzilli yaşayış komplekslərinin inşa olunacaq.

Hökumətin hesabatında vurğulanıb ki, Azərbaycanın dövlət büdcəsində dövlət investisiya xərcləri üzrə ayrılan vəsait hesabına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 270, Abşeron rayonunda (Sumqayıt d/y st-nın yanı) 1 152, Abşeron rayonun Ramana qəsəbəsində 1 512, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 576mənzilli yaşayış komplekslərinin və Bakı şəhəri Qaradağ rayonunda 180 mənzilli “Ümid-3” qəsəbəsinin inşası nəzərdə tutulub.

report.az