“Caspian European Club” kluba üzv olmağın şərtlərini yeniləyib

Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçirilir
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasının ilk iclası onlayn formatda keçirilib
Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində olan astronavt Bakının şəklini çəkib

“Caspian European Club” kluba üzv daxil olmağın şərtlərini yeniləyib.

Bakıda “Caspian European Club”un idarə heyətinin yeni tərkibdə ilk toplantısı keçirilib.

“Caspian European Club”dan AZƏRTAC-a bildirilib ki, iclasda “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini Telman Əliyev “Caspian European Club”un yeni baş icraçı direktoru Mustafa Abbasbəylini təqdim edib. İclasa sədrlik edən Mustafa Abbasbəyli öz növbəsində “Caspian European Club”un idarə heyətinin yeni üzvlərini seçilmələri münasibətilə təbrik edib və onlara klubdakı gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İdarə heyətinə seçkilər noyabrın 15-də “Caspian Energy Forum”un səhiyyəyə həsr olunmuş xüsusi sessiyasında (“Caspian Energy Medical Forum”) keçirilib. Səsvermə hüququna yalnız “Caspian European Club”un üzvləri sahib olublar. 50-dən çox səs toplamış hər bir namizəd “Caspian European Club”un idarə heyətinin tərkibinə daxil olmaq imkanı əldə edib.

Toplantı zamanı M.Abbasbəyli 2018-ci ilin sonuna kimi həyata keçirilməsi vacib olan prioritetlərdən, yeni layihələrdən və qarşıya qoyulmuş vəzifələrdən danışıb.

İclasda “Caspian European Club”a daxil olmağın yenilənmiş şərtləri diqqətə çatdırılıb, komitədəki sahə klublarının təzə adları açıqlanıb, yeni komitə rəhbərləri təyin edilib, həmçinin klubun idarə heyətinin nizamnaməsi təsdiqlənib.

“İşçi komitə rəhbərlərinin sədrliyi ilə ayda iki dəfə dəyirmi masa formatında Klubun iclası keçiriləcək. Bu görüşlər çərçivəsində idarə heyətinin üzvləri sözügedən sahələrin şirkətlərinin üzləşdikləri problemlər və onların mümkün həlli yolları barədə danışacaqlar”, – deyə “Caspian European Club”un baş icraçı direktoru bildirib.

“Bu il dekabrın 15-də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun iştirakı ilə birinci Gürcüstan-Azərbaycan biznes-forumu təşkil olunacaq. Eyni zamanda, dekabrın 20-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın iştirakı ilə 9-cu “CEO Lunch Baku” keçiriləcək”, – deyə M.Abbasbəyli əlavə edib.

“Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. “Caspian European Club” və “Caspian American Club”un sədri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevdir.

Yarandığı ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə imkan yaradır. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 50 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.