Çempionlar Liqası: “Napoli”-“Qarabağ” oyunu üçün biletlər bu gün satışa çıxarılır

Prezident İlham Əliyev Əmirvan-Vəndam avtomobil yolunun açılışında iştirak edib
Azərbaycanda ƏDV müvəqqəti ləğv edilir
DAÜ Yayın evi və “1905.az” portalı arasında “İnternet körpü”lər təşkil olunacaq

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) – “Qarabağ” matçı üçün biletlər satışa çıxarılır.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, “Dieqo Armando Maradona” stadionunda Ağdam təmsilçisini dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər “iTicket.az” saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışda olacaq. Biletlərin qiyməti: 110 AZN.

Vauçerlər ilkin olaraq “iTicket.az”dan əldə ediləcək. Oyun gününə qədər isə bilet sifariş zamanı göstərilən e-mail ünvanına “iTicket.az”ın rəsmi e-maili vasitəsilə göndəriləcək.

Azarkeşlərimiz üçün “Stadio Diego Armando Maradona”da 2480 yer ayrılıb. Ayrılmış sektorlara giriş “Gate 26” vasitəsilə olacaq.

Qeyd edək ki, “Napoli”-“Qarabağ” oyunu noyabrın 26-sı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

AZƏRTAC