Köç karvanı Şuşakənd kəndinə çatıb, açarlar təqdim edilib

ADA Universitetində “Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu” adlı beynəlxalq konfrans işə başlayıb
Vətən müharibəsinin xronikası: 20 oktyabr
Azərbaycan Respublikasının Milli Məclisi Fransa Senatının qərəzli qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Şuşakənd kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.

“Report”un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, bu köçlə Şuşakənd kəndinə qayıdan ailələrin sayı 61-ə (230 nəfər) çatıb.

Report