Ceyhun Bayramov: “Hər bir qəbul edilən qətnamənin yerinə yetirilməsi vacibdir”

“YAŞAT” Fondunun “Zəfər Yarmarkası” davam edir
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub
İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana rəsmi səfərə gəlib

“Ermənistanla Azərbaycan arasında yaranmış münaqişə nəticəsində torpaqlarımız 30 il ərzində işğal altında saxlanılıb. BMT Təhlükəsizlik Şurasının tərəfindən ərazilərimizin qeyd-şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul edilmişdi”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

“Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmadığını gördük. Bu da BMT-yə qarşı olan etimadın azalmasına gətirib çıxarmışdı.

Biz bütün beynəlxalq ictimaiyyətə yeni dünya nizamının yaradılmasını təklif edirik. Eyni zamanda, hər bir qəbul edilən qətnamənin yerinə yetirilməsi vacibdir. Biz BMT-nin daha səmərəli olmasında maraqlıyıq”, – o vurğulayıb.

Report