Çinin elmi jurnalında dahi Nizami Gəncəvi haqqında məqalə dərc olunub

QHT-lərə Dövlət Dəstəyi Şurası 2018-ci ildəki fəaliyyəti ilə bağlı hesabat verib
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki
Birinci vitse-prezident Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə tanış olub

Çinin ən nüfuzlu elmi nəşrlərindən olan Pekin Xarici Dillər Universitetinin “Asiya və Afrika üzrə tədqiqatlar” jurnalında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı və Azərbaycan ədəbiyyatında yeri” adlı məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, Çin Milli Bilik İnfrastrukturu (CNKİ) adlı elmi məlumatlar bazasında da yerləşdirilən məqalədə dahi Nizaminin “Xəmsə”sinə daxil olan bütün əsərləri ayrı-ayrılıqda şərh edilir. Bundan başqa, akademik İsa Həbibbəylinin məqaləsində Nizami Gəncəvinin Azərbaycan şairi olması danılmaz faktlarla sübut olunur. Bu, Nizami Gəncəvinin əsərlərini sistemli şəkildə çinli oxuculara çatdıran ilk elmi məqalədir.

Qeyd edək ki, CNKİ Çində elmi əsərlərin və məqalələrin toplandığı ən böyük onlayn məlumat bazalarından biridir.

Şahin Cəfərov, AZƏRTAC-ın xüsusi müxbiri

Pekin