Vladimir Solovyov: Hiss edirdim ki, Prezident İlham Əliyev gün ərzində mətbuatı şəxsən izləyir

Zaur Mikayılov: Kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir
İsveçin xəbər portalında “Azərbaycanda Şuşa döyüşü” sərlövhəli məqalə yayımlanıb
TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib

Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünün təəssüratları barədə danışıb.

AZƏRTAC xəbər verir ki, Vladimir Solovyov Prezident İlham Əliyevin Rusiya və Azərbaycan mətbuatında baş verənlərdən çox ətraflı məlumatlı olduğunu söyləyib. O, Prezident İlham Əliyevin söhbət zamanı dünyanın müxtəlif ölkələrindən, o cümlədən Rusiyadan bir çox jurnalistlərin soyadlarını çəkdiyini bildirərək deyib: “Hiss edirdim ki, Prezident gün ərzində mətbuatı şəxsən izləyir. İş burasındadır ki, Prezident İlham Əliyev Qərb mediasını ingilis, bizimkini rus, Türkiyə mətbuatını isə türk dilində izləyir. Məhz dil bilikləri sayəsində dövlət başçısının bu cür materialları izləməklə problemi olmur”.

Rusiya Jurnalistlər İttifaqının sədri onu da əlavə edib ki, Azərbaycan və Rusiya prezidentlərinin xarakterində bir çox oxşar cəhətlər var. Onlar inanılmaz siyasi üfüqə sahibdirlər. Çətin ki, digər prezidentlər onlarla müqayisə olunsun.