Dağlıq Qarabağın Azərbaycanlı İcması beynəlxalq təşkilatlara çağırış edib

AHİK-in V qurultayı 2018-ci ildə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edib
Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi” inşa müsabiqəsinə yekun vuruldu
Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılması prosesini şərh edib

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi erməni işğalı altında olan ərazilərdə məhv edilən tarixi, mədəni, dini irsimizlə bağlı beynəlxalq auditoriyaya daha bir müraciət ünvanlayıb.

İcmadan “Report”a verilən məlumata görə, müraciətdə beynəlxalq ictimaiyyət ermənilərin işğalı altında olan ərazilərdə Azərbaycan xalqının milli irsinin məhv edilməsinə göz yummamağa çağrılır.

Sosial medianın tələbləri nəzərə alınmaqla ingilis dilində hazırlanan video müraciət bu dəfə də Azərbaycan hökumətinin qərarı ilə “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilən Bakıdakı erməni kilsəsindən bəhs olunub.

Video müraciət də Azərbaycan xalqının multukulturalizim ənənələrinə sadiq qaldığı vurğulanaraq bildirilib ki, Bakının məkəzində erməni kilsəsi və bu kilsəyə aid olan ədəbiyyatlar qorunub saxlanıldığı halda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal altında olan ətraf rayonlarda tarixi, mədəni, dini abidələr məhv edilir, qədim məscidlərin üzərindəki daş kitabələr dəyişdirilərək onların tarixi saxtalaşdırılır.

Ermənilər hətta XIX əsrdə Şuşada rus hərbçiləri üçün tikilmiş pravoslav kilsəsinin arxitekturasını dəyişərək özünüküləşdiriblər. Beynəlxalq təşkilatların və onların rəhbərlərinin ünvanlarına göndərilən müraciətdə əsas məqsəd diqqəti ermənilərin vandal hərəkətlərinə yönəltmək, işğal altında olan ərazilərimizdə tarixi, mədəni abidələrmizin dağıdılmasına son qoymağa nail olmaqdır.