Deputat Elxan Süleymanov Şamaxıda KİV nümayəndələri ilə görüşüb

Arda Turandan Qarabağa dəstək
Sumqayıt Dövlət Universitetinin kollektivinə AVCİYA-nın petisiya layihəsi ilə bağlı məlumat verilib
AVCİYA-nın saytları mükafatlandırıldı

Bu gün Milli Məclisin deputatı Elxan Süleymanov Şamaxı şəhərində qərargahında Azərbaycanın bir qrup KİV nümayəndələri ilə görüş keçirib. SalamNews-un verdiyi xəbərə görə, E.Süleymanov seçicilərinin tapşırıqları və digər ictimai-siyasi fəaliyyəti ilə bağlı hesabat formasında məruzə edib. Həmçinin bu il aprelin 2-4-də Bakıda keçirilən Avronest Parlament Assambleyasının II növbəti sessiyasının işini əks etdirən və bir neçə dildə, o cümlədən erməni dilində hazırlanmış albomu təqdim edib.

O, Avropa Şurası Parlament Assambleyasının iki komissiyasının üzvü kimi gördüyü işlər və problemlərlə bağlı açıqlamalar verib. Bildirilib ki, Avropa Şurasının ikilistandartlarına dözümsüzlük göstərən Azərbaycana qarşı bu qurumda indi anti-Azərbaycan kampaniyası aparılır. Ermənistanın hərbi işğalçı kimi tanınmağında əngəl olan problemlərdən biri də fərqli dini amildir.