Deputat yerlərinin artırılması problemlərin həllinə müsbət təsir edər

Elxan Süleymanov illik təqaüdünü Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək
Baş nazir valideynlərini itirmiş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması üçün qərar qəbul edib
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan Respublikasında 09 fevral 2020-ci tarixində keçirilmiş Milli Məclisə növbədənkənar seçkilər ilə bağlı İlkin Rəyi

Azərbaycan Respublikası Milli Məclisinə bu ilin noyabr ayına elan olunmuş parlament seçkilərinin əvvəlki seçkilərdən daha fəal keçiriləcəyi şübhəsizdir. Buna səbəb kimi ilk öncə son illər iqtisadi uğurların fonunda parlamentə düşmək iddiasında olan vətəndaşların sayının artmasını göstərmək olar.
Seçkidə iqtidar və müxalifət namizədləri ilə yanaşı, çoxlu sayda müstəqil namizədlərin də iştirak edəcəyi şübhəsizdir. İddialıların sayının çoxluğu ilə Milli Məclisdəki yerlərin azlığı (cəmi 125 yer) arasındakı paradoksal fərqlər də noyabrda mübarizənin kəskin olacağından xəbər verir. Məclisdəki yerlərin azlığı bir problem kimi mövqeyindən asılı olmayaraq bütün namizədləri düşündürür. Deputat yerlərinin azlığı ilə bağlı fikirləri əsaslandırmaq üçün əvvəlki illərə aid bəzi faktların nəzərdən keçirilməsinə ehtiyac var. Məsələn, əgər deputatların sayı 1975-ci ildə 400, 1980-ci ildə 450, 1990-cı ildə 350 nəfər idisə, 1995-ci ildən başlayaraq təxminən 2 dəfədən çox azaldılıb. Bunun da nəticəsində bu rəqəm  1995-ci ildə 124, 2000-ci ildə 122, 2005-ci ildə 124, 2006-cı ildə isə 125 nəfərə enib.
Milli Məclisdə yerlərin sayının artırılması üçün hazırda real imkanlar mövcuddur. Bunu aşağıdakı faktlar sübut edir. Mərkəzi Seçki Komissiyası (MSK) 26 may 2010-cu il tarixdə açıqladığı məlumata görə ölkədə daimi yaşayan seçicilərin sayı 4 milyon 829 min nəfərdir. Seçicilərin sayını, mövcud 125 dairə üzrə böləndə hər dairəyə təxminən 38 min seçici düşməlidir. Lakin Seçki Məcəlləsi 5-10 % fərqin olmasına imkan verdiyi üçün dairələr üzrə seçicilərin sayı 35-41 min həddində müəyyən olunmalıdır. Seçicilərin dairələr üzrə hazırkı bölgüsünə diqqət verdikdə bəzi uyğunsuzluqları görməmək mümkün deyi. Məsələn, 5 saylı Şahbuz-Babək seçki dairəsində seçicilərin sayı 25552, 76 saylı Lənkəran –Astara seçki dairəsində seçicilərin sayı 27119, 78 saylı Lerik seçki dairəsində seçicilərin sayı 29588 seçici olduğu halda, 42 saylı Sumqayıt ikinci seçki dairəsində 44133, 43 saylı Sumqayıt üçüncü seçki dairəsində 44898, 119 saylı Ağdam kənd seçki dairəsində 43312, 45 saylı Abşeron seçki dairəsində isə 51634 seçici var. Digər dairələrdə də bu cür uyğunsuzluqlar mövcuddur. Göründüyü kimi seçicilərin dairələr üzrə bölgüsü Seçki Məcəlləsinin tələblərinə uyğun deyil. Bu da elə vəziyyətə gətirib çıxarıb ki, seçicilərin sayı çox olan seçki dairələrindən seçilən deputatlar, seçicilərin sayı az olan seçki dairələrindən seçilən deputatlarla müqayisədə təxminən 2 dəfə çox seçici ilə seçki kampaniyası aparmalı olurlar. Deməli, həmin dairələrdən bir yox, iki deputatın seçilməsi mümkündür. Bu ədələtsizliyi aradan qaldırmaq üçün Seçki Məcəlləsinə dəyişiklik etməklə Milli Məclisdə deputatların sayını azı 2 dəfə artırmaq olar.
Fikrimizcə, Milli Məclisdə deputat yerlərinin artırılması yerlərdə problemlərin həllinə müsbət təsir göstərməklə yanaşı, parlamentin daha səmərəli fəaliyyət göstərməsinə səbəb ola bilər.