Seçki komissiyalarının formalaşdırılmasında müxtəlif ölkələrin təcrübəsi

Beynəlxalq Miqrasiya Təşkilatı könüllü olaraq mənşə ölkəsinə qayıdan vətəndaşlara reinteqrasiya yardımı edir
XİN: ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı son açıqlaması çox təəccüblüdür
Mövlud Çavuşoğlu Azərbaycanda səfərdə olacaq

(əvvəli ötən buraxılışlarımızda)

Albaniya
Seçki komissiyaları 4 pilləli struktura malikdir:
1) Mərkəzi Seçki Komissiyası;
2) Yerli Hökumət Seçki Komissiyaları;
3) Zona Seçki Komissiyaları
4) Səsvermə Mərkəzi Seçki Komissiyaları
Mərkəzi Seçki Komissiyası – yalnız bir dəfə təkrar seçilmək hüququ olan 9 üzvdən ibarətdir. MSK aşağıdakı qaydada formalaşır:
– 4 üzvü parlament təyin edir. Namizədlər ən böyük partiyalar istisna olmaqla parlamentdəki sağ və sol partiyalar tərəfindən təqdim olunur. Hər vakant yer üçün ən çox 2 nəfərin namizədliyi irəli sürülə bilər. Tərəflər öz namizədlərini böyük partiyaların iştirakı olmadan konsensus və ya səsvermə yolu ilə seçirlər. Bir deputat birdən artıq namizədi dəstəkləyə bilməz. Namizədlər parlamentin spikeri tərəfindən təqdim olunur.
– 2 üzvü hakimiyyət və müxalifət partiyaların müvafiq olaraq irəli sürdüyü namizədlər arasından seçməklə Prezident təyin edir. Hər vakant yer üçün 2 – dən çox namizəd ola bilməz.
– 3 üzv isə aşağıdakı qaydada Ali Ədalət Şurası tərəfindən seçilir:
a) 2 üzv iki ən böyük partiyanın Ali Ədalət Şurasına təqdim etdiyi namizədlər arasından təyin edilir. Hər vakansiya üçün ən çox 2 namizəd irəli sürülə bilər.
b) 3 – cü üzv isə bu qaydada seçilir: iki ən böyük partiyanın hər biri peşəkar hüquşünas olan 4 namizəd irəli sürür. Sonra bu partiyalar qarşı tərəfin namizədlərindən ikisini seçir. Namizədliyi verilmiş bu 4 nəfərdən biri isə 48 saat ərzində Ali Ədalət Şurası tərəfindən 2/3 səs çoxluğu ilə seçilir. Əgər namizədlərdən heç biri 2/3 səs toplaya bilməzsə, eyni gündə təkrar səsvermə keçirilir. Bu dəfə ən çox səs toplamış namizədlər səsə qoyulur. Əgər bu dəfə də namzidlərdən heç biri səslərin 2/3 – ni toplaya bilmədikdə, ən çox səs toplamış iki namizəd üçün üçünçü tur keçirilir. Bu dəfə səslərin 50 % – ni toplamış namizəd seçilmiş hesab olunur.
MSK sədri və müavini yenidən seçilmək hüququ olmaqla 3,5 il müddətinə üzvlər tərəfindən gizli səsvermə yolu ilə seçilir. Sədr seçkisi üçün hər bir üzvə üzərində 7 üzvün adı yazılmış bülleten verilir. 5 və daha çox səs toplamış üzv sədr seçilmiş olur. Əgər namizədlərdən heç biri minumum 5 səsi toplaya bilmirsə, ən çox səs toplamış 2 namizəd ikinci tura çıxır. Əgər yenə də namizədlərdən heç biri minumum 5 səsi toplaya bilmirsə bu zaman ən çox səs toplayan altı aydan çox olmamaq şərti ilə sədr vəzifəsini icra edir.
Altı aydan sonra yenidən seçki keçirilir. 5 və daha çox səs toplamış üzv sədr seçilmiş olur. Əgər namizədlərdən heç biri minumum 5 səsi toplaya bilmirsə, ən çox səs toplamış namizədlərin iştirakı ilə ikinci tur keçirilir. Bu zaman ən çox səs toplayan namizəd sədr seçilir.
MSK sədri müavinin namizədliyi MSK sədrinin təmsil etdiyi siyasi mövqeyə əks mövqedə dayanan partiyalar tərəfindən verilir və üzvlər arasında gizli səsvermə yolu ilə seçilir.
Səslərin əksəriyyətini toplamış namizəd seçilmiş olur. Əgər namizədlərdən heç biri əksəriyyətin səsini toplaya bilmirsə, ən çox səs toplamış namizədlərin iştirakı ilə ikinci tur keçirilir. Bu zaman ən çox səs toplayan namizəd sədr müavini seçilir.
Sədr və müavini iki MSK üzvünün təklifi əsasında və üzvlərdən ən azı beşinin səs verdiyi iclasda vəzifədən kənarlaşdırmaq mümkündür. Səsvermə gizli keçirilir.
MSK katibi təyin olunur və onun səs vermə hüququ yoxdur. Siyasi partiyaların MSK – ya məşvərətçi səs hüququ olan nümayəndələr göndərmək hüququ var.
Seçki məcəlləsində yalnız sağ və sol partiyaların MSK üzvlüyünə seçilməsi nəzərdə tutulub ki, bu da digər partiyalara münasibətdə ayrı seçkilik yaradır.
MSK üzvü aşağıdakı tələblərə cavab verməlidir:
• Ali təhsilli olmalı;
• Məhkəmənin qərarı ilə məhkumluğu olmamalı;
• Son 5 ildə heç bir siyasi partiyanın mərkəzi və yerli orqanlarında rəhbər vəzifə tutmamalı;
• Son 5 ildə Dövlət Məlumat Xidməti və Dövlət Polisinin üzvü olmamalı;
• Qanun pozuntusuna görə dövlət qulluğundan kənarlaşdırılmamlı;
• Hüquq, dövlət və ya seçki administratsiyası, insan haqları müdafiəsi sahəsində fəaliyyət göstərən QHT və birliklərdə, ictimaiyyətlə münasibətlər, statistika, politalogiya sahələrinin birində ən azı 5 il təcrübəsi olmalı.
Yerli Hökumət Seçki Komissiyaları 7 üzvdən və səsvermə hüququ olmayan katibdən ibarətdir. Parlamentdə təmsil olunan partiyalardan ikisi – coxluq və müxalifət – hər biri 3 üzvün namizədliyini irəli sürür. Yeddinci üzv isə ixtiyari seçmə yolu ilə ya çoxluq, ya da müxalifət partiyasından seçilir. Seçki Məcəlləsinə görə sədr çoxluq təçki edən partiyadan olduqda, müavin və katib azlıq təşkil edən partiyadan təyin olunur.
Zona Seçki Komissiyaları və Səsvermə Mərkəzi Seçki Komissiyalarının üzvləri 6 siyasi partiyanın irli sürdüyü namizədlərdən təşkil olunur. Bu partiyalar istənilən vaxt təyin etdikləri üzvü dəyişmək hüququna malikdir. Bu prosedura ilə iki əsas siyasi partiyanın orta və aşağı komissiyalara təsiri azaldılmışdır.