Dövlət dili normalarını pozanlar cərimələnəcəklər

Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Instagram” səhifəsində paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edib
Aprel döyüşlərinin iştirakçıları: “Düşmənin əsgərləri silahı, texnikanı, postları və meyitlərini qoyub geri qaçırdılar”

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi KİV-də aşkarlanan qüsurlara görə kimlərin cərimələnəcəyini açıqlayıb. 

Mərkəzin direktoru Sevinc Əliyeva bildirib ki, nitqdə səhvlər olduğu halda bir neçə dəfə xəbərdarlıq olunacaq: “Məqsədimiz cərimələmək deyil. Amma xəbərdarlıqlara baxmayaraq qüsurlar davam edərsə, cərimə aparıcılara , jurnalistlərə tətbiq olunmayacaq. Həmin şəxslərin çalışdığı qurum cərimələnəcək”.

S. Əliyeva qeyd edib ki, saytlarda aparılan monitorinqlərin nəticələrinə görə, vəziyyət elə də qənaətbəxş deyil: “Bizi narahat edən məsələ dil normaları dediyimiz orfoqrafik və orfoepik qaydalardan çox leksik və sintaktik normaların pozulmasıdır ki, bu, artıq çox ciddi məsələdir”.

Qeyd edək ki, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

APA