Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirəcək

Prezident İlham Əliyev İspaniya “El Pais” qəzetinə müsahibə verib
Bakıda Beynəlxalq Enerji Xartiyası ölkələrinin nazirlərinin görüşü keçiriləcək
Ağdam şəhərindəki Dəmir yolu və avtovağzal kompleksinin tikintisi bu il başa çatacaq 

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov dekabrın 25-də saat 15:00-da vətəndaşların videoqəbulunu keçirəcək.

DMX-dən  bildiriblər ki, videoqəbulda iştirak etmək istəyən vətəndaşlar Xidmətin rəsmi internet səhifəsi (https://migration.gov.az/az/form/2) vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula yazılanlar şəxsiyyət vəsiqəsini (əcnəbi olduğu təqdirdə yaşama icazəsi və ya xarici pasportu), nümayəndə müraciət etdikdə isə bunu təsdiqləyən rəsmi sənədləri təqdim etməlidir.

Müraciətin səbəbi aydın və ətraflı göstərilməlidir.

AZƏRTAC