Dövlət Vergi Xidməti: Aksiz dərəcələrinin mərhələli şəkildə artırılması nəzərdə tutulur

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşüb
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısı
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Zərgərlik məmulatlarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarların təşviq edilməsi, zərgərlik və nəqqaşlıq kimi qədim peşələrin inkişafına töhfə verilməsi məqsədilə onların aksizdən azadolma müddətinin daha 3 il artırılması nəzərdə tutulur.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin onlayn formatda keçirilən iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verən Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

Samirə Musayeva bildirib ki, Kəlbəcər rayonunun uzun illərdən sonra erməni işğalından azad edildiyi və böyük qızıl ehtiyatına malik olduğu nəzərə alınsa, sözügedən vergi güzəştləri burada mövcud olan qızıl ehtiyatının səmərəli şəkildə istismar olunmasını təmin edə biləcək.

O vurğulayıb ki, dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasət çərçivəsində aksiz dərəcələrinin mərhələli şəkildə artırılması nəzərdə tutulur. Bu artırılmanın istehlakçıların alıcılıq qabiliyyətinə təsir imkanları nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir etməməsi diqqətdə saxlanılır.

APA