Dövlət Dumasının komitə sədrinin müavini: “Dağlıq Qarabağ mütləq Azərbaycana qaytarılmalıdır”

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər
Prezident İlham Əliyev Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
N.M.Bayramovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Bu gün mən Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən abadlıq, inkişaf və quruculuqdan başqa heç nə görmürəm və bu, bizi məmnun edir”.

APA-nın məlumatına görə, bunu bu gün Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini, hakim “Vahid Rusiya” Partiyasının üzvü Dmitriy Savelyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən “Bakı və  Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransda bildirib.

D. Savelyev deyib ki, Dağlıq Qarabağ və ətrafındakı 7 rayon qeyd-şərtsiz, mütləq şəkildə Azərbaycana qaytarılmalıdır. Cocuq Mərcanlıda işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq, inkişaf işlərini təqdir edən rusiyalı deputat qeyd edib ki, Ermənistanda baş verən hadisələr nəzərə alınsa, Azərbaycanın Rusiya üçün dəyəri ikiqat artır: “Azərbaycan nadir ölkələrdən biridir ki, burada rus dili inkişaf edir. Azərbaycan Rusiyanı Avropa Şurasında dəstəkləyir. Azərbaycan Rusiyanın Cənubi Qafqazda etibarlı müttəfiqidir. Baxmayaraq ki, biz Azərbaycana külli miqdarda silah satmışıq, amma bu, heç vaxt Rusiyanın öz əleyhinə yönələ bilməz. Ümid edirəm ki, Ermənistan müdrik olacaq və Qarabağ münaqişəsi öz həllini tapacaq”.

Deputat onu da qeyd edib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan sürətlə inkişaf etsə də, Ermənistan geriləyib: “Bu baxımdan Ermənistan torpaqları qaytarsa, onun öz iqtisadiyyatı üçün də mühüm addım olar. Rusiya Minsk Qrupunda Dağlıq Qarabağ münaqişəsi həlli istiqamətində daha fəal olmalıdır. Biz Ermənistanı da itirmək istəməzdik. Amma təəssüf ki, Ermənistan bunu düşünmək əvəzinə NATO ilə isti münasibətlərə can atır”.