Dövlət Məşğulluq Agentliyi tərəfindən 1410 nəfər peşəyönümü məsləhəti xidmətlərinə cəlb olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ərqazan məbədi
Səhiyyə Nazirliyində tibbin sahələri üzrə mütəxəssis-ekspertlərin fəaliyyəti təşkil ediləcək
İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 11 ayında 74 min 203 nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, özünüməşğulluq proqramının icrası işləri də davam etdirilir. Yanvar-noyabr aylarında 14 200 nəfər proqrama cəlb edilib. Onların seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təminatı işləri aparılır.

Həmin dövrdə agentlik tərəfindən 413 işsiz şəxs müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına, 1410 nəfər isə peşəyönümü məsləhəti xidmətlərinə cəlb olunub.

AZƏRTAC