DSMF-nin İdarə Heyətinin sədri ünvanlı sosial yardım almaq istəyənlərə müraciət edib

Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam edir
İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Siyasi partiyalar maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməyə başlayıb

“Ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyin edilərkən ailə məfhumuna nikah prizmasından baxılmır. Yəni bir evdə neçə nəfər yaşayırsa, o da ailənin tərkib hissəsi sayılır”.

Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib.

O bildirib ki, bəzən ÜDSY üçün müraciət edilən zaman ailə tərkibi düzgün göstərilmir və bu da imtina hallarının 25-30%-ni təşkil edir: “Bundan başqa, misal olaraq, bir həyətdə bir neçə ev varsa və ÜDSY gəlir və xərc sistemi əsasında təyin edildiyindən bir həyətdə yaşayan ailələr eyni sayğaclardan istifadə edirsə xərclər bir götürülür. Yəni, bir həyətdə yaşayan bütün ailələr hamısı ÜDSY üçün dəyərləndirilir. Əgər fərdi şəkildə yardım almaq istəyirlərsə sayğaclar ayrılmalıdır”.

Report