Dünya mediası Sərsəng su anbarının qəzalı vəziyyətdə olmasından yazır

Gürcüstan Prezidenti Dağlıq Qarabağ separatçılarının Abxaziya və Cənubi Osetiyaya səfərlərinə etirazını bildirib
ABŞ-ın “The Daily Caller” qəzetində Ermənistanın işğalçılıq siyasətinə dair məqalə dərc olunub
7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Tariel Hüseynovun (Fövqəladə Hallar Nazirliyinin İnfrastrukturun İnkişafı Baş İdarəsinin rəisi) çıxışı

Bir müddət əvvəl Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsinin Bakıda keçirilmiş 11-ci İllik Konfransı hələ də dünya mediasının diqqət mərkəzindədir.

APA-nın xəbərinə görə, ingilis, alman və fransız dillərində yayımlanan “Wall Street Journal”, “Marketwatch”, “Boston Globe”, “Business Journal”, “Yahoo!”, “Deutsche Presse Agentur”, “Austria Presse Agentur”, “Finanz Nachrichten” kimi 306 xarici KİV dünyanın 74 ölkəsindən 235 nəfər mötəbər qonağın qatıldığı  tədbir haqda məlumat yayıb.

Məlumatda AVCİYA prezidenti, Azərbaycanın Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun digər münaqişələrdən bəhs edilərkən Dağlıq Qarabağı unutmamaq çağırışı xüsusi vurğulanıb, işğal altında olan ərazidə yerləşən Sərsəng su anbarının qəzalı vəziyyətdə olması ilə bağlı xəbərdarlıq edilib.

Xatırladaq ki, Elxan Süleymanovun Sərsəng su anbarında qəza baş verəcəyi halda, Azərbaycanın işğal altında olmayan daha 7 rayonunun yerlə-yeksan və həmin rayonların 400 min əhalisinin məhv ola biləcəyi haqda açıqlaması beynəlxalq tədbir iştirakçılarının marağına səbəb olub. Beynəlxalq tədbirdən dərhal sonra, mayın 25-də AVCİYA yaxın 18 ay ərzində reallaşdırılacaq “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsinin təqdimatını keçirib.

İctimaiyyət nümayəndələrinin layihənin gedişatı barədə mütəmadi məlumatlandırılması nəzərdə tutulur.