Ekzitpol seçkinin azad və şəffaf keçirilməsində mühüm rol oynayır

Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu mətbuat konfransı keçirib
Azərbaycan Respublikasının Prezidenti və birinci xanım Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar

Son illər ərzində hər bir seçkini müşayiət edən “Ekzit pol” (“Exit-poll”) tədqiqatı seçkilərin şəffaflığı və düzgün keçirilməsini qiymətləndirməyə imkan yaradan bir sosioloji tədqiqata çevrilmişdir. Sorğu anketlərinə ilk növbədə seçki bülletenində göstərilmiş namizədlərin siyahısı, rəyi soruşulanın demoqrafik göstəriciləri (cins, yaş, təhsil, məşğuliyyət) və keçirilmiş seçkilərlə bağlı müxtəlif suallar daxil edilir.
Sorğu anketləri seçki məntəqəsini tərk edən səs vermiş seçicilərə ekzitpolçular tərəfindən təqdim edilir. Ekzitpolçular anketin doldurulması qaydalarını izah edir və seçiciyə anketi təklikdə doldurmağa şərait yaradırlar. Doldurulmuş anket seçicinin özü tərəfindən sorğu qutusuna atılır. Beləliklə, seçici demək olar ki, təkrarən səs verir və seçkilərlə bağlı öz rəyini bildirir. Nəticədə səsvermənin nəticələri ilə bərabər, fəal seçici kütləsinin social-demoqrafik göstəriciləri, konkret namizədin və ya partiyanın elektoratı, səsvermə prosesinin obyektivliyi, namizədin müəyyənləşdirilməsi vaxtı və digər məlumatlar əldə edilir.
Qeyd etmək lazımdır ki, gün ərzində ekzitpolçular sorğu qutularına atılmış anketləri vaxtaşırı çıxararaq, namizədlərə verilən səsləri hesablayır və ekzitpol mərkəzinə ötürür. Beləliklə, səsvermə bitdikdə ekzitpol səsvermənin nəticələrini dərhal bilməyə imkan yaradır.
Ekzitpolun nəticələri seçkilərin azad və şəffaf keçirilməsinin qiymətləndirilməsində əhəmiyyətli rol oynayır. Çünki bu nəticələrlə seçki komissiyalarının verdiyi nəticələr arasında fərq kiçik olduqda seçkilərin rəsmi nəticələrinə inam artır. Buna görə tədqiqatı keçirən təşkilatın peşəkarlığı cox vacibdir.
Azərbaycanda ekzitpol 2003-cü ildən başlayaraq həyata keçirilir. Ölkəmizdə bu günə qədər artıq beş seçkilər və referendum zamanı ekzitpol tədqiqatını keçirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) böyük təcrübə əldə etmişdir. 2008-ci ildən başlayaraq Assosiasiyanın bu tədqiqatlar zamanı tərəfdaşı kimi sosioloji sorğuların keçirilməsi sahəsində ixtisaslaşan “ELS” Müstəqil Araşdırmalar Birliyi çıxış edir.