Seçki komissiyalarının formalaşdırılmasında müxtəlif ölkələrin təcrübəsi

Baş prokuror: “Vətən müharibəsi dövründə ermənilər 12 azyaşlını və 27 qadını qətlə yetirib”
Fransa radio və televiziyasında Qara Qarayevin əsərləri səsləndirilib
Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılması prosesini şərh edib

(əvvəli ötən buraxılışlarımızda)

Makedoniya
Seçki komissiyaları 3 pilləli struktura malikdir:
1) Dövlət Seçki Komissiyası;
2) Bələdiyyə Seçki Komissiyaları;
3) Seçki Şuraları
Dövlət Seçki Komissiyası – parlament tərəfindən seçilir,Prezident, Prezident müavini və 5 üzv olmaqla 7 nəfərdən ibarətdir. Seçki və Təyinat məslələri üzrə Parlament Komitəsi müraciət etmiş namizədlərin siyahısını parlamentə təqdim edir. Bu siyahıdakı namizədlərin arasından, müxalifət partiyaları DSK – nın prezidentini, hakim partiya isə prezidentin müavuinin namizədliyini irəli sürür. DSK prezident, prezidentin müavini və üzvləri parlamentdə 2/3 səs çoxluğu ilə seçilirlər. MSK üzvləri təkrar seçilmə hüquq olmaqla 5 il müddətinə seçilirlər. Son seçkilərdə qələbə çalmış partiyadan sonra ən çox səs toplamış partiya müxalifət hesab olunur. Makedoniya azlıqda qalan partiya anlayışı yoxdur.
Aşağıdakı şəxslər DSK prezidenti və üzvü ola bilər:
1. Makedoniya Respublikasında daimi yaşayan ölkə vətəndaşları;
2. Ali təhsilli və ən azı 8 il hüquq ( siyasi – seçki sitemləri) sahəsində iş təcrübəsi olan;
3. Hər hansı siyasi partiyanın üzvü olmayan
Bələdiyyə Seçki Komissiyaları – bir prezident, dörd üzv və onların müavinlərindən təşkil olunur. Komissiyanın katibi və katib müavini BSK sədri tərəfindən 5 il müddətinə hüquq təhsilli şəxslərdən təyin edilir. Onlar dövlət, bələdiyyə və Skopye şəhər administrasiyalarında çalışan ali təhsilli şəxslər arasından seçilir.
Seçki Şuraları – prezident, dörd üzv və onların müavinlərindən təşkil olunur. Prezident və müavinləri dövlət, bələdiyyə və Skopye şəhər administrasiyalarında çalışan şəxslərdən, 4 üzv və onların müavinləri isə ictimai quluqçular arasında 4 illik müddətə seçilirlər.

Latviya 
Seçki komissiyaları 3 pilləli struktura malikdir:
1) Mərkəzi Seçki Komissiyası;
2) Şəhər Seçki Komissiyaları;
3) Region Seçki Komissiyaları
Mərkəzi Seçki Komissiyasının – 9 üzvü var ki, onlardan Sədr və 7 üzv Seym tərəfindən, 1 üzvü isə Ali Məhkəmə tərəfindən 4 il müddətinə seçilir. Seymin hər bir üzvü, o cümlədən siyasi partiyaların nümayəndələri olan deputatlar yazılı formada MSK üzvlüyünə namizəd təqdim edə bilər. Müxalifət partiyalarına və ya azlıqda qalan partiyaları üçün hansısa xüsusi qayda və prosedur nəzərdə tutulmayıb.Msk üzvləri üçün heç bir rəsmi tələb yoxdur. Onların bacarığı və səriştəliyinə görə namizədləri təqdim edənlər və təsiq edən Seym daşıyır.
Şəhər və Region Seçki Komissiyaları 7 – 15 üzvdən ibarət olur. Komissiyadakı üzvlərin sayı müvafiq şura tərəfindən müəyyən edilir. Komissiya üzvləri Latış dili bilən latviya vətəndaşlarından seçilir. Onlar ən azı orta təhsilli olmalıdır.