Ələt azad iqtisadi zonasının ərazisi 1 500 hektara yaxın genişləndirilib

MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonla tanış olublar
Naxçıvanda üçüncü “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçiriləcək

Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncama əsasən, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 1 453,09 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilib.

İqtisadiyyat Nazirliyi və Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Report