Elmira Süleymanova: “Avropa Şurasının Qarabağla bağlı daha konkret addımlarını görmək istərdik”

"Avropa Şurasının Qarabağla bağlı daha konkret addımlarını görmək istərdik"

Birinci vitse-prezident azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub
Azərbaycan və Ermənistanın təhlükəsizlik və sərhəd xidmətləri rəhbərlərinin görüşü olub

Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qərarlarının icrası üzrə daha konkret planlar görmək istərdik. Çünki sülh olmadan davamlı inkişaf olmaz. Daha konkret addımlar görmək istəyirik. Azərbaycan bu cür maneələrin aradan qaldırılması üçün səy göstərməyə həmişə hazırdır”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Avropa Şurasının 70 illik yubileyi münasibətilə Bakıda keçirilən “Hüquqlarımız, azadlıqlarımız, bizim Avropa” adlı konfransın açılışında söyləyib.

O həmçinin AŞPA-nın Qarabağ münaqişəsi ilə bağlı 1416 saylı (2005-ci il) qətnaməsini xatırladıb.

Ombudsman Azərbaycanın AŞ-nin insan hüquqları ilə bağlı sənədlərinə qoşulmasının milli qanunvericiliyin təkmilləşdirilməsində vacib amil olduğunu vurğulayıb: “AŞ-yə üzv olduğu dövrdə Azərbaycan qurumun bir sıra vacib sənədlərinin hazırlanmasında və qəbul edilməsində iştirak edib. İnsan hüquqlarının daha səmərəli təmin edilməsi baxımından Azərbaycanda ombudsman təsisatının yaradılması da vacib amildir. Bundan başqa, qeyd etmək istəyirəm ki, Azərbaycan və AŞ, eləcə də AŞPA konkret iş planı üzrə əməkdaşlıq etsəydi, çox səmərəli olardı”.

Report.az