“ELS” və AVCİYA “exit-poll” və “quik-count” tədqiqatlarını keçirməyə tam hazırdır

Ağ Ev AVCİYA-nın petisiyasını cavablandırdı: İşğal edilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılsın
AVCİYA Qaxda 45 məntəqəni müşahidə edib
AVCİYA Şamaxıda seçki məslələrinə aid seminar keçirdi

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasiyası (AVCİYA) 15 oktyabr prezident seçkisi ilə əlaqədar “exit-poll” və “quik-count” tədqiqatlarını keçirməyə tam hazırdır. Belə ki, tədqiqatın keçirilməsi üçün bütün hazırlıq işləri başa çatdırılıb. “Exit-poll” və “quick-count” tədqiqatı üçün lazım olan bütün sənəd və ləvazimatlar hazırlanaraq tədqiqatın keçiriləcəyi məntəqələrə göndərilib.

Tədqiqat 118 seçki dairəsinin 800 məntəqəsini əhatə edəcək. Həmin məntəqələrdə “exit-poll” tədqiqatının həyata keçirilməsinə 1600 intervüer, 220 supervayzer, 100 telefonçu və eyni sayda kompüter operatoru cəlb edilib. Mərkəzdə isə tədqiqatın keçirilməsinə bir-başa nəzarət edəcək 100 nəfərə yaxın komanda-qərargah heyəti fəaliyyət göstərəcək. “Exit-poll” aparılan məntəqələrdə paralel olaraq “quick-count” tədqiqatı da həyata keçiriləcək. “Quick-count”-u həyata keçirəcək heyət də eyni mərkəzdən idarə olunacaq. Bu işə isə 800 müşahidəçi cəlb edilib.

Tədqiqat çərçivəsində 120-160 min anketin toplanması gözlənilir ki, bu da eyni sayda insanın seçiminin öyrənilməsi deməkdir.

Qeyd edək ki, Azərbaycanda “exit-poll” tədqiqatı 4-cü, “quik-count” isə ikinci dəfədir həyata keçirilir.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi