Elxan Süleymanov Avropa Şurasının Sərsəng bəndi ilə bağlı məruzəçisi ilə görüşüb

7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda EEro Lehtinın (Finlandiya parlamentinin üzvü, Azərbaycan-Finlandiya dostluq qrupunun sədri) çıxışı
Avropa Parlamenti faktiki olaraq Prezident İlham Əliyevin dediyi “Qarabağ – Azərbaycandır! Nida işarəsi!” sözlərini təkrar edib
İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov Avropa Şurasının Sərsəng bəndi ilə bağlı məruzəçisi xanım Milica Markoviç və onu müşayiət edən şəxslərlə görüşüb.

AVCİYA-dan APA-ya verilən məlumata görə, qurumun ofisində keçirilən görüşdə Avropa Şurasının sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin məruzəçisi Milica Markoviç, sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin katibi Aiste Ramanauskaite, ekspert Styliani Lydia Vamvakeridou və məruzəçinin köməkçisi Adnan Besiç, AVCİYA-nın I vitse-prezidenti Vəli Əlibəyov, AVCİYA ekspertləri Samir İsayev, Ramiz Sevdimalıyev, Şahin Camalov və Məhərrəm Zülfüqarlı iştirak ediblər.

Görüşdə işğal altında olan  Sərsəng bəndinin yaradığı sosial fəlakət, ekoloji böhran Yevlax, Bərdə, Ağdam, Goranboy və Ağcabədi rayonlarının su ilə təminatında mövcud olan acınacaqlı vəziyyət və s. məsələlər müzakirə olunub.

Görüşün sonunda qonaqlara AVCİYA-nın Sərsəng layihəsi ilə bağlı nəşr etdiyi kitablar və digər sənədlər təqdim olunub.