Elxan Süleymanov illik təqaüdünü Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək

Daxili İşlər Nazirliyi komendant saatı ilə bağlı məlumat yayıb
Azərbaycan Sahibkarlar Konfederasiyası Brüsseldə keçirilən konfransda təmsil olunub
Milli kimliyimizin formalaşmasında dini dəyərlərin roluna dair müzakirələr aparılıb

Hazırda təqaüddə olan, Şamaxının keçmiş millət vəkili, səksən yaşlı Elxan Süleymanov cənab Prezident İlham Əliyevin çağırışına qoşularaq, 2020-ci ilin sonuna qədər müddətdə təqaüdünü tam həcmdə Koronovirusla Mübarizəyə Dəstək Fonduna keçirəcəyini bəyan edib. O, Azərbaycan xalqına səslənərək qeyd edib: “Sevincimizi və dərdlərimizi gəlin birgə bölüşək”.

E.Süleymanov bugündən etibarən ilin sonunadək qarşıdakı bütün aylarda təqaüdünü (hər ay üçün 3900 manat) davamlı olaraq Fonda köçürəcək.

Elxan Süleymanov bu qərarı ilə cənab Prezidentin rəhbərliyi altında xalqımızın sağlamlığının və rifahının qorunması istiqamətində həyara keçirilən məqsədyönlü tədbirlərə öz dəstəyini ifadə etdiyini bildirib.

Musavat.com xəbər verir ki, onun uzunmüddətli əmək və deputatlıq fəalliyəti ilə əlaqədar bir aylıq təqaüdünün məbləği 3900 manat təşkil edir, illik təqaüdünün həcmi ümumilikdə 50 min manata yaxın vəsait deməkdir.

Musavat.com onu da xatırladır ki, 2010-2020-ci illərdə Şamaxının millət vəkili olmuş Elxan Süleymanov bütün bu 9 il ərzində parlamentdən deputatlıq fəaliyyəti ilə bağlı aldığı əməkhaqqını və digər xərclər üçün olan ödəmələri tam həcmdə Şamaxı rayonunda məktəblərin tikintisinə və təmirinə, kəndlərə su çəkilməsinə, abidələrin bərpasına, Qəhrəman analara, Qarabağ müharibəsi iştirakçılarına müavinətlərin, Şamaxı məktəblilərinə və yüksək balla ali təhsil ocaqlarına qəbul olmuş məzunlara fəxri təqaüdlərin ödənməsinə, vətəndaşların digər sosial problemlərinin həllinə yönəldib.

E.Süleymanov 40 ildən artıqdır ki, xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.

Musavat.com