“Ermənilər Türkiyə-Azərbaycan münasibətlərində yanıldıqlarını anladılar”

Necə olur ki, Madər Musayev 5 dəfə deputat seçilə bilir, İlham Əliyev iki dəfədən artıq prezident ola bilmir?
«Azərbaycanda da sığorta şirkətləri dünya maliyyə böhranı ilə üzləşəcək»
Səməd Seyidov: “AŞ PA-nın münaqişələrlə bağlı yeni alt komitəsi Dağlıq Qarabağ problemini də araşdıracaq”

ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Türkiyə üzrə layihə direktoru Bülənt Əlirzanın APA-nın ABŞ bürosuna müsahibəsi
Baş nazir Rəcəb Təyyip Ərdoğanın Bakıda verdiyi bəyanatdan sonra Türkiyə və Ermənistanın “Yol xəritəsi”ndə irəliləyiş əldə etməsi çətin olmayacaqmı?
– Türkiyə Ermənistanla münasibətlərin yaxşılaşması üçün uzun müddət 3 maneəni qeyd edirdi. Birincisi, Sovet İttifaqının süqutundan sonra Ermənistanın qərb sərhədlərini müəyyən etməməsi və nəticə olaraq Türkiyəyə qarşı torpaq iddiaları ilə çıxış etməsi, ikincisi, Ermənistan hökumətinin qondarma “erməni soyqırımı” iddiası və bu məsələdə öz diasporlarına dəstək verməsi, üçüncüsü isə Ermənilərin Azərbaycan torpağı olan Dağlıq Qarabağı işğal etməsi. Türklər və ermənilər bir müddət idi ki, danışıqlar aparırdılar. Bu dövrdə şayiələr gəzirdi ki, “Yol xəritəsi” çərçivəsində Türkiyə Ermənistanla münasibətlərini yaxşılaşdırmaq üçün Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasında israrlı olmayacaq. Bakıdan ən yuxarı səviyyədən aşağıya kimi neqativ reaksiyanı nəzərə alaraq, Rəcəb Tayyip Ərdoğan bəyanat verdi ki, Azərbaycan torpaqları işğal altında olduğu müddətdə Ermənistanla münasibətlərin normallaşması və sərhədlərin açılması mümkün olmayacaq. Eyni sözləri o Bakıya səfəri zamanı də səsləndirdi. Ermənilər isə buna mənfi reaksiya verərək, Türkiyənin “Yol xəritəsi” çərçivəsində üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini dedilər. Lakin fakt ondan ibarətdir ki, Türkiyə həmişə Azərbaycanın tərəfində olub. Baxmayaraq ki, buna şübhə ilə yanaşanlarda var idi. İndi isə biz əvvəlki vəziyyətə qayıtdıq. İndi ermənilər narazı qalsalar belə, danışıqları davam etdirmək barədə qərar verməlidirlər. Türkiyənin mövqeyi isə tam açıq bəyan olundu.
– Bəs “Yol xəritəsi”nin taleyi necə olacaq?
– Ermənilər inanırdılar ki, “Yol xəritəsi”nə görə Türkiyə Azərbaycanın maraqlarına biganə ola bilər. Ancaq başa düşdülər ki, yanılırlar. İndi biz danışıqlarda iştirak edən bütün tərəflərin hadisələrə realistik qiymət verdiyini görürük.
– Sizcə, niyə Türkiyə əvvəlki mövqeyindən geri çəkilmişdi?
– “Qonşularla sıfır problem” siyasəti çərçivəsində Türkiyə düşməni Yunanıstanla, çoxlu problemləri olar Suriya, keçmişdə narazılıqları olduğu Bolqarıstan və İranla münasibətlərini yaxşılaşdırdı. Bundan sonra Türkiyə diqqətini ən çox problemi olan Ermənistana yönəltdi, diplomatik danışıqlara girərək, bu problemləri həll etməyə çalışdı. Eyni zamanda Türkiyənin Azərbaycanla çox yaxın münasibətləri var. Yəni baş verən bu oldu ki, bir istiqamətdə aparılan danışıqlar ikinci cəbhədə problemlər yaratdı, Azərbaycan tərəfində mənfi qarşılandı. İndi baş verən isə bir növ korrektləşmə idi ki, Türkiyə Azərbaycanla münasibətlərini qurban verərək Ermənilərlə işləməyəcək. Bu bir növ “kursun korrektləşdirilməsi” oldu. Əlbəttə, Türkiyə Ermənistanla münasibətlərini yaxşılaşdırmaq istəyir, amma Azərbaycanla münasibətlərini xələl gətirməmək şərti ilə… Baxarıq vəziyyət necə davam edəcək. Siz Türkiyənin yaxın həftələr və aylar ərzində daha balanslı siyasət aparacağını görəcəksiniz. /APA/