Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımların dünyaya çatdırılması istiqamətində geniş miqyaslı layihəyə başlanıb

14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır
Asif Hacılı-Cənubi-qərbi Qafqazda erməni terror fəaliyyətinin tarixindən
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisinin xüsusi iclasıda çıxış edib

Gələn il ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi soyqırımı aktlarının, cinayətlərin və qırğınlarının 110 illiyi tamam olur. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)  bununla bağlı ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım cinayətlərinin, erməni xislətinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində genişmiqyaslı layihəyə start verib. APA-nın xəbərinə görə, layihənin portalı www.1905.az ünvanında fəaliyyətə başlayıb.

BMT-nin işçi dilləri və region dövlətlərinin də dilləri daxil olmaqla, 12 dildə olan sayt hələlik test rejimində işləyir. Bundan başqa, layihə çərçivəsində müxtəlif dillərdə kitabların nəşr edilməsi, beynəlxalq konfransların keçirilməsi, dünya mətbuatında məqalələrin yerləşdirilməsi planlaşdırılır.

“Ümid edirik ki, heç kəs bu layihəyə biganə qalmayacaq və onun həyata keçirilməsində AVCİYA-ya köməklik göstərəcək. Bu layihənin həyata keçirilməsi zamanı KİV nümayəndələrinin üzərinə xüsusi məsuliyyət düşür və AVCİYA onları sıx əməkdaşlığa və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə dair materialları daha aktiv şəkildə ictimaiyyətə çatdırmağa çağırır”, – deyə AVCİYA-nın açıqlamasında bildirilir.