Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri əsir götürülüb

Avropa Komissiyasının prezidenti və Aİ-nin ali nümayəndəsi Ukraynaya səfər edəcək
“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası başa çatıb
Malayziyada Şuşaya həsr edilmiş tədbirlər başa çatıb

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhənin bu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan əsir götürülüb.

Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.