Ermənilər Xocavənddəki kilsələri saxtalaşdıraraq erməni kilsəsinin simvollarını, elementlərini əlavə ediblər

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib
“Məzhəbçilik İslam dünyasını parçalayan tendensiya kimi” mövzusunda müzakirələr aparılıb
XİN: Qanlı təxribatın törədilməsi Ermənistan rəhbərliyinin əsl niyyətinin sülh yox, təcavüzün davam etdirilməsi olduğunun bariz nümayişidir

“Hadrut müqəddəs bir yerdir. Çünki bura alban xristian irsinin zəngin olduğu yerdir. Hadrutda müqəddəs qədim Alban mədəniyyətinin zəngin irsi var. Burda iki kilsə var. Ən böyük kilsələrdən biri Çinarlı kəndində yerləşir. Bu ərazi 30 ilə yaxın işğalda olub. Burdakı alban kilsələri 10-cu, 11-ci, 12-ci əsrə aiddir. Çinarlıda olan müqəddəs kilsə bariz nümunədir ki, ermənilər alban kilsələrinin üstündə nə qədər bərpa işləri aparsalar, nə qədər saxtalaşdırsalar da, alban kilsəsinin simvol elementləri qalıb”.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu Alban-Udin Xristian İcmasının sədri Robert Mobili bu gün Xocavənddə jurnalistlərə açıqlamasında deyib.

Torpaqlarımızın azadlığı uğrunda həlak olanları hər zaman yada saldıqlarını bildirən icma rəhbəri Xocavəndin Çinarlı kəndindəki qədim alban məbədi olan Ağxaç kilsəsində şəhidlərin ruhuna dualar oxuduqlarını deyib: “Biz onların qanı bahasına gəlib buraları ziyarət edirik. İndiyə kimi bir çox müqəddəs yerləri ziyarət etmişik. Kəlbəcərdə, Laçında olmuşuq, Xocavənd rayonunun xristian abidələrini ziyarət etmişik. İşğalda olan tək torpağımız deyildi, mədəni irsimiz də işğalda idi. Burada bir çox mədəni irsimiz silinib, dağılıb və alban kilsələrinin böyük bir hissəsi acınacaqlı vəziyyətə salınıb”.

R. Mobili deyib ki, ermənilər kilsələri saxtalaşdıraraq erməni kilsəsinin simvollarını, elementlərini əlavə ediblər: “Bu gün bizim əsas məqsədimiz odur ki, həmin alban-xristian irsini bərpa edək. Bizim işğaldan azad olunmuş ərazilərdə Alban kilsələrinin və onların irslərini gələcək nəsil üçün doğmalaşdıraq. Biz erməni əsirliyindən azad olunmuş kilsələri bərpa edəcəyik. Buna görə bizim Alban-Udin Xristian İcması ciddi işlər görür. Bu, bizim kilsəyə ikinci ziyarətimizdir. Burada Müqəddəs Məryəm Ana kilsəsi, Hünərli kəndində yerləşən kilsə var. Bu kilsələrin çox hissəsi ermənilər tərəfindən saxtalaşdırılıb. Burada ermənilər guya bərpa işləri görüblər. Biz indi görürük ki, bunlar hansı səbəbə görə bərpa işləri aparıblar. Hətta erməni katolik kilsəsinin təsirini biz burda müşahidə edirik. Burada sonradan qoyulan erməni Qriqoryan kilsəsinin simvollarını görürük. Amma nə qədər saxtalaşdırsalar da, bu daşlarda olan informasiyalar qalıb”.

Qeyd edək ki, bu gün Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icmasının üzvləri işğaldan azad edilən Xocavənd rayonunun Çinarlı kəndinə səfər edib. İcma üzvləri Çinarlı kəndində qədim alban məbədi olan Ağxaç kilsəsini ziyarət edib.

APA